Məxfilik siyasəti

15.11.2026

Bu səhifə saytın hansı məlumatı topladığını və onunla nə etdiyini izah edir.

Nə toplayırıq

Yalnız rezervasiya formasında özünüzün yazdığınız məlumatı: ad və soyad, telefon nömrəsi, seçdiyiniz otaq, tarix və saat, bir də yazsanız qeydiniz.

Sayt ziyarətçiləri izləyən analitika və ya reklam vasitəsi işlətmir.

Niyə toplayırıq

Yalnız sizinlə əlaqə saxlamaq və rezervasiyanı təşkil etmək üçün. Bu məlumatla reklam göndərmirik.

Kim görür

Otelin resepsiyonu və rəhbərliyi. Məlumat üçüncü şəxslərə satılmır və verilmir.

Gecəlik rezervasiya zamanı məlumatınız otelin işlətdiyi rezervasiya sisteminə daxil olur — orada həmin sistemin öz məxfilik şərtləri də tətbiq olunur.

Kənar xidmətlər

Yerləşmə bölməsindəki xəritə Google tərəfindən yüklənir. Həmin çərçivəni açarkən brauzeriniz Google ilə əlaqə qurur və bu, Google-un öz şərtlərinə tabedir.

Saytın özü brauzerinizdə yalnız bir texniki qeyd saxlayır: açılış ekranının bir dəfə göstərildiyini yadda saxlayan işarə. Bu, şəxsiyyətinizi müəyyən etmir və sessiya bitəndə silinir.

Nə qədər saxlanılır

Rezervasiya məlumatı otelin qeydiyyat sistemində mühasibat və qanunvericilik tələbləri çərçivəsində saxlanılır.

Hüquqlarınız

Haqqınızda saxlanılan məlumatın nə olduğunu soruşa və silinməsini tələb edə bilərsiniz. Bunun üçün 055 478 04 44 nömrəsinə müraciət edin.